“Putin bir az nəfəs almağa çalışır” - Bayden

“Putin bir az nəfəs almağa çalışır” - Bayden ABŞ Prezidenti Cozef Bayden Rusiya tərəfindən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edilməsinə münasibət bildirib.
Prezident jurnalistlərə açıqlamasında Putinin bu qərarı verməsinə təəccüblənmədiyini qeyd edib:
“Yeni il ərəfəsində Putin xəstəxana, uşaq baxçaları və kilsələri bombalamağa hazır idi. Məncə, hazırda o, bir az nəfəs almağa çalışır", - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər