NATO sülh üçün Ukraynaya hərbi dəstək istəyir

NATO sülh üçün Ukraynaya hərbi dəstək istəyir “Ukraynalıların masa arxasında nəyə nail ola biləcəyi onların döyüş meydanındakı gücündən asılıdır”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq danışıq masası qarşısında Ukraynanın əlinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb:
“Əgər biz Ukraynanın Avropada müstəqil demokratik ölkə olaraq qalacağını, danışıqlar yolu ilə sülh istəyiriksə, buna nail olmağın ən sürətli yolu Ukraynanı dəstəkləməkdir. Sülhə gedən yol əslində silahdan keçir”.
Müharibənin nəticəsi nə olursa olsun, bitdiyi zaman Avropada təhlükəsizlik vəziyyətinin daimi olaraq dəyişdiyini bildirən Stoltenberq Rusiyanın fərqli Avropa istədiyini və qonşularına nəzarət etməyi hədəflədiyini bildirib:
“Müharibə bitsə belə, Rusiya ilə münasibətlərimizdəki problemlər qalacaq. Rusiyanı kiçik hesab etmək təhlükə yaradacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər