“Rusiya yazda daha böyük hücuma hazırlaşır”

“Rusiya yazda daha böyük hücuma hazırlaşır” “Hazırda Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün şərtlər yoxdur”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, hər iki tərəf qışda öz qüvvələrini yenidən qruplaşdırmağa və silahlandırmağa can atacaq.
“Rusiya yazda daha genişmiqyaslı hücuma başlamazdan əvvəl müharibəni dondurmağa çalışır. NATO-ya üzv ölkələrin paytaxtlarında mütəmadi olaraq Ukraynaya hansı sistemləri vermək istədiyimiz barədə müzakirələr aparılır”, - deyə Stoltenberq qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər