Azərbaycan beynəlxalq səviyyədə növbəti diplomatik qələbəsinə imza atıb. Budəfəki qələbə həm də ona görə əlamətdardır ki, dünənə qədər dünyada söz sahibi olan, BMT Təhlükəsizlik Şurasının (TŞ) beş üzvündən biri olan ölkə üzərində qazanılıb.
2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı məsələ daxil edilmişdi. Məlumdur ki, bunda Fransanın xüsusi rolu olmuşdu. Çünki sözügedən müraciət əsasında məsələ TŞ-nın gündəliyinə Fransanın dəstəyi olmadan daxil edilə bilməzdi.
Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu mümkün olmamışdı.
Bu yerdə xatırladaq ki, 44 günlük müharibənin gedişindən və ondan sonra da Fransanın oxşar cəhdləri olmuşdu. Fransa keçmiş Minsk Qrupunun həmsədri kimi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olsa da, 30 illik işğal dövründə bir dəfə olsun obyektiv mövqe ortaya qoymadı, digər həmsədrlərlə birlikdə münaqişənin dondurulmasına, Azərbaycanın işğalla barışmasına çalışdı.
Eyni zamanda BMT TŞ-nın 4 qətnaməsi olmasına baxmayaraq, BMT TŞ 30 ilə yaxın dövr ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Şübhə yoxdur ki, buna imkan verməyənlərdən birincisi məhz riyakar Fransa idi.
Bu il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırmağa nail oldu. Həmin müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı.
Həmin tarixdən - 10 gün idi ki, mətn üzərində sözün əsl mənasında gərgin müzakirələr gedirdi. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri yönləndirir, hər vəchlə məqsədlərinə çatmaq istəyirdi.
Beynəlxalq səviyyədə Azərbaycanın əleyhinə planlar hazırlanmasına, məkrli işlər aparılmasına Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə vurğu etmişdi. Əlavə etmək yerinə düşər ki, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda da Azərbaycan əleyhinə fəaliyyətlər aparılmış, lakin bu cəhdlər də uğursuzluğa düçar olmuşdu.
Buna qədər göstərdiyi cəhdləri uğursuzluqla nəticələnən, himayədarı olduğu Ermənistanın gözündə də nüfuzda düşən Fransa bu dəfə düşünürdü ki, Azərbaycan əleyhinə hazırlanmış bəyanatı qəbul etdirəcək, bunun davamı olaraq növbəti addım kimi sənədi qətnaməyə çevirməyə nail olacaq. Təsadüfi deyil ki, bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri olduğunu açıqlamışdı. Proseslərin ardıcıllığı Fransa-Ermənistan cütlüyünün çirkin niyyətini açıq ortaya qoyurdu.
Cütlüyün bu addımları həm də Rusiyaya arxa çevirib, xəyanət etmək, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi.
Lakin Azərbaycanın beynəlxalq səviyyədə apardığı möhtəşəm diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi.
BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan bəyanatı qəbul etdirə bilmədi.
Ümumilikdə diqqət yetirdikdə prosesin gedişi maraqlı məqamlarla yadda qaldı. Əvvəlcə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, layihəyə “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi.
Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılığa düçar etdi. Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dünən BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu. Bu isə o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Lakin bu sənəd də darmadağın edildi.
Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu görür, bunu açıq etiraf edirdilər.
Azərbaycanın ardıcıl, məqsədyönlü diplomatik addımları, xüsusilə qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı, cütlüyün cəhdlərini iflasa uğratdı.
Beləliklə, hazırladığı sənədin özünə qarşı yönəldiyini görən Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etmək məcburiyyətində qaldı.
Paris növbəti dəfə dünyanın gözü qarşısında aciz, rəzil duruma düşdü. Getdikcə nüfuzunu itirən Fransa və onun rəhbəri Emmanuel Makron erməni diasporunun və lobbisinin əlində oyuncaq olduğunu bir daha göstərdi.
Bu prosesdə bəzi dövlətlər Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdi. Azərbaycanın haqlı mövqeyini, ədaləti, beynəlxalq hüququ dəstəklədiyinə görə bu ölkələrə xüsusi minnətdarlıq düşür.
Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni əldə qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət-diplomatiya şöbəsi acınacaqlı məğlubiyyətin isterikasını yaşayır.
Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi belə gündəmə gəlib. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.
Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, belə addımları ilə regiondan daha da təcrid olur, həm dünya, həm də Azərbaycan xalqı qarşısında gülünc vəziyyətə düşür.
Azərbaycanın gücünün, Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir.
Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu parlaq qələbə Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir.
Azərbaycan diplomatiyasının bu parlaq qələbəsi həm də yeni 2023-cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti zəfəri və Azərbaycan xalqına hədiyyəsidir.
Tehsil-press.az