Hulusi Akar Azərbaycana təşəkkür etdi

Hulusi Akar Azərbaycana təşəkkür etdi Hulusi Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.
Akar Sarıkamış Hərəkatının 108-ci ildönümü münasibəti ilə şəhidləri rəhmət və minnətlə andıqlarını vurğulayıb.
“Sarıkamış şəhidlərimizi yad etdiyimiz bu günlərdə Nargin adasında çətin şəraitdə saxlanılan əsgərlərimizə etdikləri yardımlarla "bir millət, iki dövlət" örnəyini sərgiləyən qardaş Azərbaycan xalqını minnət və ehtiramla anırıq”, - deyə Akar bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər