Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası Türkiyədə keçirilib.
27 ölkənin parlament nümayəndə heyəti sessiyada iştirak üçün Antalyaya gəlib.
Azərbaycanı sessiyada Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Ev sahibi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop qonaqları salamlayaraq çıxışında dünyadakı ədalətsizliklərdən danışıb. O, bildirib ki, bu ədalətsizliyin başında BMT-nin özü gəlir.
Daha sonra çıxış edən S.Qafarova bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu qeyd edib.
Beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan çəkindirməsinin əhəmiyyətini vurğulayıb.
Plenar sessiyanın açılış iclasından sonra nümayəndə heyətləri arasında görüşlər keçirilib. Azərbaycan Parlamenti sədrinin İran Parlamenti sədri ilə görüşü xüsusi diqqət çəkib. Çünki İranın Azərbaycan sərhədlərində təxribatçı hərəkətləri, İran rəsmilərinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan bəyanatları, Tehranın Ermənistana dəstəyini açıq mütəviyə keçirməsindən sonra ilk dəfə idi ki, belə yüksək səviyyəli görüş keçirilirdi.
İran və Azərbaycan rəsmiləri arasında görüş qapalı keçirilib.
Daha ətraflı Real TV-nin süjetində:
Tehsil-press.az