Bu gün AŞ PA-nın payız sessiyası başlayır

Bu gün AŞ PA-nın payız sessiyası başlayır Bu gün Strasburqda AŞ PA-nın payız sessiyası başlayır.
8-12 oktyabr tarixlərində baş tutacaq sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat iştirak edir.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Sabir Hacıyev, Fazil Mustafa və Naqif Həmzəyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 2018-ci il iyunun 24-də Türkiyədə keçirilmiş parlament və prezident seçkilərinin müşahidəsinin yekunları, AŞPA-nın səsvermə və mandatla bağlı prosedurları, Avropa Şurasına və BMT-yə üzv olan dövlətlərə, həmçinin “boz zona”lara insan hüquqları üzrə monitorinq aparan orqanların limitsiz daxil olması, Avropada nüvə təhlükəsizliyi, Avropada İslam dini: radikallaşma və islamofobiya və digər məsələlər müzakirə olunacaq.
Sessiyada nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın “Avropada diaspora cəmiyyətləri və miqrantların radikallaşması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.
Bir qədər əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsi ənənəvi olaraq bu dəfə də gündəmə gətiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər