Zelenskiyə qarşı 12 dəfədən çox sui-qəsd cəhdinə baş vurulub

Zelenskiyə qarşı 12 dəfədən çox sui-qəsd cəhdinə baş vurulub Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı son bir ildə 12 dəfədən çox sui-qəsd cəhdinə baş vurulub.
Bu barədə jurnalist Kris Uippl ABŞ prezidenti Co Bayden haqqında kitabında bildirib.
Uippl iddia edir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Uilyam Berns Kiyevə gizli səfər edib. Kitabda deyilir ki, ABŞ prezidenti Co Bayden Bernsə Zelenskiyə "rusların sui-qəsdlərinin dəqiq təfərrüatlarını"izah etməyi tapşırıb.
"Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən təəccübləndi və şoka düşdü" deyə müəllif kitabında yazır.
Uippl yazır ki,, müharibə başlayandan bəri Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdinə baş vurulub. "Bu məlumatlar o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən həyatına iki ayrı cəhdin qarşısını almağa kömək etdi",- deyə Uippl yazır.

Tehsil-press.az




Oxşar xəbərlər