Deputat: “Şəhərli ilə kəndli eyni vaxtda gülür və eyni vaxtda gülüşü bitirir?”

Deputat: “Şəhərli ilə kəndli eyni vaxtda gülür və eyni vaxtda gülüşü bitirir?” “Bəhram Bağırzadənin söylədiyi fikirə təpkilər və bəraətlər davam edir. Şəhərlilərlə rayonlular arasında demarkasiya xətti çəkmək və ozon qatı kimi nazik təbəqəni yox etmək istəyənlər var. B.Bağırzadənin məkan kimi restoranları götürməsi qıcıq yaradıb. Məgər fərqlillik yalnız restoranda özünü biruzə verir? Niyə teatrda, and yerimiz olan yerlərdə, hüzür yerlərində və səyahətlərdə şəhərli rayonlu söhbəti ortaya çıxmır? Götürək teatrı: "Planet Parni iz Baku"nun konsertlərində rayondan gələnlər bərk gülür, yoxsa şəhərlilər? Yaxud "Bu şəhərdə" nin konsertində şəhərli ilə kəndli eyni vaxtda gülür və eyni vaxtda gülüşü bitirir? Hüzür yerlərində Fatihə surəsini hansı təbəqə ucadan oxuyur? Restoranlarda ucadan danışmaq heç bir təbəqələşməyə əsas vermir”.
Bunu deputat Etibar Əliyev bildirib.
E.Əliyev qeyd edib ki, insanı bir-birində fərqləndirən onun təhsili və tərbiyəsidir: “Bu normal şəkildə verildikdən sonra şəhərli və rayonlu söhbəti itib-batır. Yuxarıda adını çəkdiyim teatrlarda bəzən elə yumorlar işlədilir ki, adamın dişi bağırsağını kəsir. Burada da şəhərli rayonlu söhbəti aparaq? Rayonluya deyək ki, niyə ucadan gülürsən? Mən şəhərli olmaq üçün meyxananı sevməliyəm? Aşıq havalarını bu janrdan qat-qat üstün tuturam. Bunun özü də ayrıseçkilik yaratmağa imkan vermir. Bakı Dövlət Universitetində oxuduğumuz illərdə mexanika -riyaziyyat fakültəsində Arif Babayev kimi bakılı alim dərs deyirdi. Hüquq fakültəsində isə rayonlarımızın birindən gəlib professor elmi adını almış Məmməd Xələfov kimi şəxsiyyət dərs deyirdi. Onlar eyni mədəniyyətin daşıyıcısı idilər. Yetişdirdikləri alimlərə heç bir region fərqi qoymurdular. Nəsillərin dəyişməsinin dəyərlərə təsiri öyrənilməlidir. Problem budur? Və belə ayrıseçkilik yığışdırılmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər