
Sərgidə Azərbaycan, rus və ingilis dillərində Ulu Öndər Heydər Əliyevin zəngin ictimai-siyasi irsini, dövlətçiliyimizin möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərini və ölkəmizin müstəqilliyə gedən yolunu əks etdirən 100-dən çox nəşr nümayiş olunur.
Nümayiş olunan nəşrlər içərisində Ümummilli Liderin çoxcildlik əsərləri, xarici səfərlərindən bəhs edən materiallar və ölkənin müxtəlif sahələrdəki nailiyyətlərini əhatə edən kitablar da yer alır. “Azərbaycanın qurtuluş tarixi”, “Qurtuluşdan tərəqqiyə” kimi nəşrlər oxucuların xüsusi marağına səbəb olub.
Sərgi gənc nəslin milli yaddaşının gücləndirilməsi və tariximizə dərin bağlılıq ruhunda yetişməsinə töhfə verməyi hədəfləyir.
Tehsil-press.az