2020-ci ilin oktyabrı rəşadətli Azərbaycan Ordusunun şanlı qələbələri ilə yanaşı, həm də faciələr, qorxaq erməni hərbçilərinin dinc Azərbaycan şəhərlərinə raket zərbələri nəticəsində mülki vətəndaşlarımızın qətli ilə yadda qalıb.
Təkcə Gəncəyə oktyabrın 4-ü, 8-i, 11-i və 17-də zərbələr endirilib, nəticədə 1-i körpə, 5-i uşaq, 10-u qadın olmaqla 32 nəfər həlak olub. Yaralanan 175 nəfərdən 32-si uşaq, 57-si qadındır.
Oktyabrın 28-də saat 13:00 radələrində düşmən silahlı bölmələri Bərdə şəhərində əhalinin sıx məskunlaşdığı ərazini beynəlxalq hüquq normaları ilə qadağan olunmuş kaset bombalarından atəşə tutub, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb. Şəhərin mülki infrastrukturu və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriya atəşinə tutulması nəticəsində yaralanan daha bir dinc sakin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Tərtərin mülki məhəllələrinə endirilən raket və artilleriya zərbələrinin sayını hətta saymaq belə mümkün deyil. Beyləqan, Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonlarının kəndləri də erməni terrorçu birləşmələri tərəfindən atəşə tutulub. 2020-ci il oktyabrın 19-da Ağdam rayonunda AzTV-nin jurnalisti ermənilərin atəşə tutması nəticəsində qəlpə yarası alıb.
Azərbaycan Baş Prokurorluğunun 2020-ci il noyabrın 16-na olan məlumatına görə, Azərbaycan tərəfindən həlak olmuş mülki şəxslərin sayı 94, yaralananların sayı isə 414 nəfər olub. 2020-ci il sentyabrın 27-dən dekabrın 14-nə olan dövrə aid məlumata görə isə Azərbaycan tərəfindən mülki əhali arasında həlak olanların sayı 101 nəfər təşkil edib, 423 nəfər dinc sakin isə yaralanıb.
2020-ci il noyabrın 2-nə olan vəziyyətə görə münaqişə nəticəsində Azərbaycanda 40 minə yaxın mülki şəxs məcburi köçürülüb.
Dünya ictimaiyyəti bu gün Ukrayna şəhərlərinin bombalanmasını pisləyir, lakin erməni hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasını hələ də tələb etməyib.
Sual olunur ki, azərbaycanlı uşaqlar ukraynalı həmyaşıdlarından nə ilə fərqlənir? Bəs qocalar, qadınlar? Niyə dünya birliyi, xüsusən də özünü insan haqlarının flaqmanı elan etmiş Qərb dünyası müxtəlif ölkələrdə mülki insanlar arasında fərq qoyur? Ukraynada, Azərbaycanda da eyni bəşər övladının nümayəndələri yaşayır, uşaqlar eyni şəkildə gülür, analar övladlarının dünyaya gəlməsinə eyni dərəcədə sevinir, ərlərini, valideynlərini itirilməsinə eyni dərəcədə kədərlənirlər. Bəs niyə dinc şəhərləri atəşə tutan bir dövlətə qarşı sanksiyalar tətbiq edilir, digərinə qarşı isə yox? Doğrudanmı seçkilərdəki səslər dəyərləri qurban verə biləcək dərəcədə vacibdir?
Uzağa getməyə heç ehtiyac da yoxdur. Həqiqiliyi hələ də araşdırılmalı olan videogörüntülərin sosial şəbəkələrdə təzə yayılmağa başladığı an, siyasətçilər, diplomatlar, ictimai xadimlər sanki bir-biri ilə yarışaraq artıq Azərbaycanı pisləməyə başladılar. Azərbaycan vətəndaş cəmiyyəti, fəalları erməni hərbçilərin cinayətlərini sübutlarla onların havadarlarına göndərən kimi, onlar sanki ağızlarına su almış kimi susdular.
“İnsan hüquq müdafiəçiləri” cənabları, bütün bunların sizin tərəfinizdən biabırçılıq olduğunun fərqindəsinizmi? Sizə elə gəlmirmi ki, bir yerdə sanksiyaları tətbiq edərək, başqa yerdə isə vəhşilik baxımından tamamilə eyni olan hallara göz yummaqla təkcə öz ikiüzlülüyünüzü, rüsvayçılığınızı ortaya qoymursunuz, həm də cinayətkarı vəhşilikləri təkrarlamağa sövq edirsiniz.
Yaralı üzündə şirin təbəssümü ilə hamımızın yaddaşında qalan Bəxtiyar sizin ona qarşı münasibətinizi unutmayacaq.
Biz də bunu unutmayacağıq.
Tehsil-press.az