AMEA-nın Rəyasət Heyətinin aparatında yeni şöbə yaradılıb

AMEA-nın Rəyasət Heyətinin aparatında yeni şöbə yaradılıb AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb.
Bu barədə Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Rəyasət Heyətinin aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər