Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç terrorizm tərəfdarlarının və Stokholmda keçirilən müsəlman düşmənlərinin aksiyalarından sonra NATO-ya üzv olmaq məsələsində Ankaradan lütf gözləməməlidir.
Türkiyə bu məsələdə sona kimi qətiyyətli mövqe nümayiç etdirəcək.
"İsveçdəki və hətta diplomatik nümayəndəliyimizin yaxınlığındakı bu çirkin hərəkətlər həm müsəlmanlara, həm də ümumiyyətlə bütün insanlara, bütün hüquq və azadlıqlara təhqir sayılır. Terrorçuları dəstəkləməyə davam edirsiniz və NATO-ya üzv olmaq üçün dəstək gözləyirsiniz. Belə getməyəcək. İsveç artıq bizdən bu dəstəyi gözləməməlidir", - Ərdoğan deyib.
Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, İsveç və Finlandiya Türkiyənin terrorizmlə mübarizə sahəsində əməkdaşlıq tələblərini rədd edirlər.
Yanvarın 22-də Türkiyənin hakim ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərinin müavini Numan Kurtulmuş bildirib ki, Ankara Stokholmdan onunla imzalanmış memorandumda nəzərdə tutulmuş terrorizmə qarşı bütün öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini gözləyir.
Bundan əvvəl Türkiyədəki etirazçılar Stokholmdakı Quranla təxribata cavab olaraq ölkənin İstanbuldakı baş konsulluğunda İsveç bayrağını yandırıblar.
Tehsil-press.az