İsveçdə Quranın yandırılması ilə bağlı aksiya, İslam dünyasını hiddətləndirib

İsveçdə Quranın yandırılması ilə bağlı aksiya, İslam dünyasını hiddətləndirib Ultra sağçı fəal Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quran kitabının bir nüsxəsini yandırıb.
İslam Əməkdaşlıq Təşkilatı bu hərəkəti kəskin şəkildə pisləyib və onu təxribat adlandırıb.
Stokholmda sağçı ekstremistlərin Quranın yandırılması ilə müşayiət olunan nümayişi İslam dünyasında səs-küyə səbəb olub və İsveçlə Türkiyə arasında münasibətləri daha da gərginləşdirib. İslam Əməkdaşlıq Təşkilatı şənbə günü, yanvarın 22-də bu "təxribatçı hərəkətin" müsəlmanların müqəddəs dəyərlərini tapdaladığını bildirib və bunu pisləyib. İsveç hakimiyyəti bu mitinqin keçirilməsinə icazə verdiyi üçün Türkiyə İsveç müdafiə naziri Pal Jonssonun Ankaraya səfərini bir gün əvvəl ləğv edib.
İsveçlə Türkiyə arasında münasibətlər kəskin şəkildə gərginləşib. İsveçin NATO-ya üzv olmaq niyyəti ilə bağlı müraciətinə Türkiyə razılıq . Türkiyə və Macarıstan NATO-nun 30 dövləti arasında Şimali Atlantika Alyansına qoşulmasını hələ təsdiqləməmiş yeganə dövlətdir. Yanvarın 27-də Ankaraya səfəri zamanı Jonsson Türkiyəni ölkəsinin NATO-ya daxil olmasına mənfi münasibətindən əl çəkməyə inandırmaq niyyətində idi.
Ankara İsveç hakimiyyətinin sağçı ekstremist Rasmus Paludanın Türkiyənin İsveçin paytaxtında səfirliyi qarşısındakı aksiyasına icazə vermək qərarına dərin hiddətlə reaksiya verib. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, İsveçin bu mitinqin keçirilməsinə razılıq verməsi “nifrət və islamafobiyanı təşviq etməyə bərabərdir”, – Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb. "Müqəddəs dəyərlərə hücumlar azadlıq deyil, müasir barbarlıqdır", - Kalın vurğulayıb.
Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında təşkil etdiyi aksiyada 100-ə yaxın insan bir araya gəlib, onların arasında çoxlu sayda media işçisi də olub. Aksiya gücləndirilmiş polis dəstələrinin mühafizəsi altında keçib. Paludan bir saatlıq nitqlə dinləyicilərə müraciət edərək İslamı və miqrantları kəskin tənqid edib və sonda alışqanla Quran nüsxəsini yandırıb. “Əgər onlar söz azadlığının əleyhinədirlərsə, qoy başqa yerdə yaşasınlar”, - deyə Paludan öz mövqeyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər