Səhiyyə Nazirliyi mövsümi virusların hansı xroniki xəstəliyi olan uşaqlar üçün təhlükəli ola biləcəyini açıqlayıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, əgər uşaqlar davamlı dərman qəbul edirlərsə, bu halda mövsümi xəstəliklər onlar üçün təhlükəli ola bilər:
“Əgər uşaqlarda böyrək, qaraciyər, qan xəstəliyi varsa, həmçinin müalicə dövründədirlərsə, kimyaterapiya, yaxud hormonal müalicə alırlarsa, bu hallarda mövsümi viruslar daha təhlükəlidir. Bu zaman müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Yaxşı olardı ki, həmin uşaqlar mütləq peyvənd olunsunlar”.
Onun sözlərinə görə, peyvənd edilən uşaqlar maskalardan istifadə etməli və özlərini qorumalıdırlar.
Tehsil-press.az