UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək.
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib. Rektor bildirib ki, ölkəmizdəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır: "Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən iki ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə biz ekspertlər və iş adamları ilə qeyri-akademik traksriptin verilməsini müzakirə edəcəyik və gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq".
Tehsil-press.az