UNEC-də dərsliklər müsabiqə yolu ilə çap olunacaq

UNEC-də dərsliklər müsabiqə yolu ilə çap olunacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ehtiyac duyulan dərsliklər üçün müsabiqə elan ediləcək, təkliflər veriləcək.
Bunu UNEC-in rektoru, professor Ədalət Muradov “Elm aylığı” çərçivəsində “Tədqiqat universiteti: nələri bilmirik?” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
Rektor bildirib ki, komissiya tərəfindən müəllifin seçilən dərsliyi universitet tərəfindən maliyyələşdirilərək çap olunacaq.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər