UNEC Türkiyənin Əskişəhər Texniki Universiteti ilə ikili diplom proqramını reallaşdıracaq

UNEC Türkiyənin Əskişəhər Texniki Universiteti ilə ikili diplom proqramını reallaşdıracaq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türkiyənin Əskişəhər Texniki Universitetinin rektoru professor Tuncay Döğeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor Ədalət Muradov rəhbərlik etdiyi universitetin tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.
T.Döğeroğlu Əskişəhər Texniki Universitetinin təhsil imkanları barədə məlumat verib.
Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra UNEC ilə Əskişəhər Texniki Universitetini arasında dizayn ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər