Ədalət Muradov: UNEC işəgötürənlər qarşısında öhdəlik götürür

Ədalət Muradov: UNEC işəgötürənlər qarşısında öhdəlik götürür Məzunlarının işə qəbul edilməsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNE) işəgötürənlər qarşısında öhdəlik götürür.
Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edib.
“Belə ki, işə götürüldüyü tarixdən 3 il müddətində işəgötürən tərəfindən UNEC məzununun hər hansı zəif bilik və bacarıqları aşkarlanarsa, işəgötürənin sifarişi əsasında həmin zəif bilik və bacarıqların UNEC tərəfindən və UNEC hesabına aradan qaldırılması təmin edilir”, - deyə rektor qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər