Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu 746 min 221 nüsxə ədəbiyyat təşkil edir. Bunlardan 670 min 640-ı kitablardır.
Ən müasir standartlara uyğun qurulmuş elektron kitabxana xidməti də tələbələrin ixtiyarındadır. Hazırda Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12 min 818 adda 81 min 746 nüsxə kitab mövcuddur.
Ötən il kitabxanadan 9 min 646 nəfər oxucu istifadə edib. Onlardan 105-i kənar oxuculardır. İl ərzində 22 min 146 nüsxə kitab, 416 nüsxə dövri-elmi nəşrlər oxuculara verilib. Bu dövrdə 10 min 770 nəfər elektron kitabxanadan yararlanıb. Kitabxanaya daxil olmuş 7 min 382 sorğu müvafiq qaydada cavablandırılıb.
Kitabxana fondunun daimi yenilənməsi də diqqət mərkəzindədir. Ötən il kitabxanaya 829 adda 3472 nüsxə yeni kitab, 18 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 108 avtoreferat, 621 proqram, 22 adda 63 nüsxə dövri-elmi nəşrlər və jurnallar daxil olub.
Kitabxana oxuculara xidmət etməklə yanaşı, mədəni-kütləvi tədbirlərin təşkili və təbliğat, kitab mütaliəsinin populyarlaşdırılmasına da xüsusi diqqət ayırır.
Tehsil-press.az