BDU-nun Elmi Kitabxanasının fondu zənginləşdirilir

BDU-nun Elmi Kitabxanasının fondu zənginləşdirilir Görkəmli elm xadimlərinin şəxsi kitabxanaları Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına hədiyyə olunub.
BDU-nun Elmi Kitabxanasının fondunun zənginləşdirilməsində uzun illər universitetdə çalışmış, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş ziyalıların, elm və mədəniyyət xadimlərinin şəxsi kitabxanalarının hədiyyə edilməsi mühüm yer tutur.
Son iki ildə fizika-riyaziyyat elmləri doktoru, professor İsmət Nəcəfovun, tanınmış şərqşünas alim, akademik Vasif Məmmədəliyevin (432 nüsxə), bədii tərcüməçi və ədəbiyyatşünas alim, professor Pənah Xəlilovun (430 nüsxə), professorlar Abuzər Xələfovun (600 nüsxədən çox), Bayram Allahverdiyevin (300 nüsxə) şəxsi kitabxanaları yaxınları tərəfindən Elmi Kitabxanaya bağışlanıb.
BDU-nun Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri professor Mikayıl Cəfərov (500 nüsxədən çox) və başqaları şəxsi kitabxanalarından qiymətli nəşrləri Elmi Kitabxanaya hədiyyə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər