AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin cari ilin birinci rübü ərzində görülən işlərlə bağlı onlayn iclası keçirilib.
Iclasda şöbə müdiri Qutiyera Cəfərova elmi müəssisənin müasir sənəd-informasiya resursları fondunun müntəzəm və planlı şəkildə zənginləşməsi, oxucuların informasiya tələbatlarına uyğun formalaşması və inkişafından danışıb. Bildirib ki, fond profilə uyğun Azərbaycan və xarici dillərdə 657 nüsxə nəşrlə (kitab, jurnal, qəzet və elektron sənəd) komplektləşdirilib. Yeni daxil olan sənəd-informasiya resursları universal onluq təsnifat cədvəllərinə uyğun olaraq sistemləşdirilib. Bundan əlavə, yeni nəşrlərin komplektləşdirilməsində təkrarçılığın aradan qaldırılması məqsədilə şöbənin balansına verilən 8507 nüsxə informasiya resursundan ibarət müasir elmi ədəbiyyat fondu yoxlanılıb və təhvil alınıb.
Diqqətə çatdırılıb ki, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, sənəd-informasiya resurslarının tipoloji və növ təsnifatına əsasən fondun səmərəli formalaşdırılması və nəşrlərdən istifadənin operativliyini təmin etmək məqsədilə “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana Sistemi vasitəsilə yaradılan analitik biblioqrafik-informasiya bazaları ilə iş uğurla davam etdirilib.
Sonra şöbə əməkdaşlarının çıxışları dinlənilib və nəzərdə tutulan işlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az