COVID-19 pandemiyası səbəbindən ölkədə elan edilmiş karantin qaydalarını nəzərə alaraq Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri Elmi Kitabxananın onlayn xidmətlərindən – biblioqrafik arayışlar, dərslik və dərs vəsaitlərinin tammətnli elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, beynəlxalq məlumat bazaları və digər elektron resurslarından yararlana bilərlər.
Elmi Kitabxana elektron kitabxana bölməsi vasitəsilə internet üzərindən 3700-dən çox dərslik və dərs vəsaitinin tam mətnini, 1300-dən çox bədii ədəbiyyat, o cümlədən folklor, müasir və klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı nümunələrinin elektron variantını və tammətnli məlumat bazaları rubrikası ilə EBSCO elektron nəşriyyatının iyunun 15-dən sentyabrın 15-dək açıq girişi olan müxtəlif elm sahələri üzrə məlumat bazalarını (www.doabooks.org - 225 nəşriyyatdan 8872 adda peer-reviewed kitabları, www.doaj.org - 122 ölkədən 10082 adda jurnalı, ümumilikdə 23.402 nüsxə jurnalı) öz oxucularının istifadəsinə təqdim edir.
Qeyd edək ki, sosial izolyasiya dövründə BDU-dan kənar EBSCO elektron məlumat bazasından istifadə https://search.ebscohost.com (Username: bsu2020, Password: sub0022) saytı vasitəsilə açıqdır.
Tehsil-press.az