Yol qəzası baş verib, azı 9 nəfər həlak olub

Yol qəzası baş verib, azı 9 nəfər həlak olub Rusiyanın Tula vilayətində ağır yol qəzası baş verib, nəticədə 9 nəfər həlak olub.
Hadisə bu gün axşam saatlarında baş verib.
"Volkswagen Transporter” mikroavtobusu əks yola çıxaraq yük maşını ilə toqquşub. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi yol kənarına aşıb. İlkin məlumata görə, 9 nəfər həlak olub. Yaralılar barədə hələlik məlumat yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər