Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin xarici dil üzrə “Danışıq” (Speaking) bacarıqlarının ilk dəfə olaraq qiymətləndirilməsi aparılıb.
Fərdi şəkildə keçirilən “Danışıq” imtahanlarında tələbələrin fikirlərini sərbəst və rahat şəkildə ifadə etdikləri və sualları cavablandırdıqları müşahidə olunub.
Qeyd edək ki, UNEC-də 2019/2020-сi tədris ilindən tətbiq olunan yeni standartlara əsasən, tələbələrə xarici dil (ingilis, alman, fransız, rus) “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” bacarıqları üzrə tədris olunur. Bütün fakültələrdə tətbiq olunan yeni standartların məqsədi tələbələrin xarici dil səviyyələrini daha da artırmaq və xarici dildə araşdırma apara bilən yüksəkixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirməkdir.
Yeni standartların tətbiqi ilə bağlı ingilis dilinin dərslik, sillabus və imtahan sualları ixtisaslara uyğun olaraq hazırlanıb. Tələbələrin dinləmə-anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə universitetin bütün tədris binalarında linqafon kabinetləri quraşdırılıb. Tələbələrin dil bilikləri üzrə bacarıqları beynəlxalq təcrübəyə əsasən qiymətləndirilir.
Tehsil-press.az