Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi

Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi “Zelenski özü çoxdan Prezident Putin üçün mümkün rəqib (danışıqlar üçün – red.) olmaqdan çıxıb”.
Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Zelenskinin hansı vədlərlə Prezident seçildiyini bilirik və bu vədləri Ukraynada ona səs verən seçicilərə xatırlatmaq heç də çətin deyil. O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, üstəlik, belə məlum oldu ki, o, onları yerinə yetirməyə hazırlaşmır, müharibəyə hazırlaşır”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “SkyNews” telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimi Putinlə danışıqlarda maraqlı olmadığını deyib.

Tehsil-press.az

Oxşar xəbərlər