Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun təşkilatçılığı ilə “Effektiv kommunikasiyanı necə qurmalı?” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, tədbir regionlarda təhsil sahəsində baş verənlərlə bağlı ictimaiyyətin doğru məlumatlandırılması, böhran vəziyyətlərinin idarə olunması yönündə maarifləndirmə məqsədilə təşkil edilib və tədbirdə səsləndiriləcək fikirlər hər kəsə faydalı olacaq.
Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev tədbirin əhəmiyyətinə toxunaraq bildiriblər ki, həyata keçirilən işlərin ictimaiyyətə dəqiq çatdırılması, doğru hədəf kütləsinin seçilməsi, kommunikasiyanın düzgün idarə olunması vacibdir.
ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva “Kommunikasiyada böhran niyə yaranır?” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Sonra Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev "Elm və Təhsil Nazirliyinə daxil olan sosial media müraciətləri" mövzusunda təqdimatla çıxış edib.
Tədbirin davamında “Regional təhsil idarələrinin internet resurslarının vəziyyəti", “ETN-in qurumlarında kommunikasiya işinin təşkili” mövzularında təqdimatlar edilib.
Tədbir sual-cavab formatında davam etdirilib.
Tehsil-press.az