Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə jurnalistlər üçün təşkil edilən “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarın ilk günü öz işini yekunlaşdırıb. Tədbirdə Regional təhsil idarələrinin, eləcə də tabe qurumların PR əməkdaşları da iştirak ediblər.
Günün birinci yarısında elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri”, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri”, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov “Peşə təhsilindən gözləntilər” mövzularında təqdimatlarla çıxış ediblər.
Günün ikinci yarısında İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu prosesi”, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Elm və ali təhsil sahəsində yeni addımlar”, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.
Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Təlim-seminarın sonunda iştirakçılar arasında intellektual oyun təşkil edilib, qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, ikigünlük təlim-seminarın məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlim-seminar sentyabrın 9-da davam edəcək.
Tehsil-press.az