UFAZ-da beynəlxalq konfrans keçiriləcək

UFAZ-da beynəlxalq konfrans keçiriləcək Azərbaycan-Fransız Universiteti (UFAZ) aprelin 25-dən 27-dək “Complex Computational Ecosystems (CCE’23)” adlı beynəlxalq elmi konfransa ev sahibliyi edəcək.
İlk dəfə ölkəmizdə keçiriləcək konfrans çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayacaq.
Seçilmiş məqalələr “Springer Lecture Notes in Computer Science” seriyasında dərc olunacaq. Bundan başqa, konfransın Proqram Komitəsi tərəfindən qəbul edilən bütün təqdimatlar “Springer” tərəfindən beynəlxalq səviyyədə nəşr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər