İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək

İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək.
Konfrans tədqiqatçılar üçün “Scopus”, “Springer” kimi nüfuzlu platformalarda nəşr imkanları təqdim edəcək. Ölkəmizin işğaldan azad olunmuş bölgələrinin iqtisadiyyatı və “yaşıl” iqtisadiyyatla bağlı kitablar konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaq. Konfransa təqdim olunan seçilmiş məruzələrin “Google Scholar”, eləcə də 30-a yaxın akademik platformada yer alan beynəlxalq elmi jurnalda çapı və ISBN nömrəli Konfrans Məruzələr Kitabının da elektron formatda nəşri planlaşdırılır.
Konfrans günlərində iqtisad elminin dünyadakı nüfuzlu nümayəndələrinin iştirakı ilə plenar çıxışlar, aktual mövzularda yerli və xarici mütəxəssislərin iştirakı ilə vorkşoplar, tədqiqatçılar üçün akademik təlimlər və iş dünyasını yaxından maraqlandıran görüşlər təşkil olunacaq.
Tədbirdə iştirak üçün məruzələrin qəbulu mayın 31-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər