Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Rusiyaya qarşı hazırladıqları 10-cu sanksiya paketinin 10 milyard avro həcmində olacağını deyib.
O, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ Şurasının sədri Şarl Mişel ilə Kiyevdə keçirilən 24-cü Aİ-Ukrayna Sammitinin sonunda birgə mətbuat konfransında danışıb.
Von der Leyen, Rusiya iqtisadiyyatının tətbiq edilən sanksiyalara görə yüksək qiymət ödədiyini vurğulayaraq, “10-cu sanksiya paketi gəlir. Biz bu paketi fevralın 24-dək həyata keçirməyi hədəfləyirik”, - deyib.
Qeyd edək ki, Aİ indiyədək müharibə ilə əlaqədar Rusiyaya qarşı 9 sanksiya paketi tətbiq edib.
Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektri əhatə edir.

Tehsil-press.az



Oxşar xəbərlər