Bu ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladı

Bu ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladı Polşa Litva, Latviya və Estoniya ilə birlikdə Ukrayna ilə apardığı müharibəyə görə Rusiyaya yeni sanksiyalar paketi hazırlayıb.
Onlar digər məsələlərlə yanaşı, Rusiya ilə nüvə əməkdaşlığını və Rusiya almazlarının idxalını qadağan etməyi təklif edirlər.
Sammitdə sənəd Avropa İttifaqının digər ölkələrinə də təqdim olunacaq.
Ukraynanın müttəfiqləri sanksiyalar paketində bütün dronların Rusiyaya ixracına qadağa qoyub.
Həmçinin, maye qaz, marketinq xidmətləri və bazar araşdırmalarına embarqo, Rusiya şirkətlərinə və vətəndaşlarına daşınmaz əmlakın satışına qadağa, habelə Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin daha geniş şəkildə aparılmasını istəyirlər.
“Biz növbəti sanksiyalar paketinin tərəfdarıyıq. Bu, mülki əhaliyə, strateji infrastruktura, atom elektrik stansiyalarına hücum təhdidlərinə birbaşa cavab olsun", - deyə Polşa Prezidenti Mateuş Moravetski sammitdən əvvəl çıxışında deyib.
Qeyd edək ki, oktyabrın 6-da Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib. Bu paket üçüncü ölkələr üçün neftin qiymətinə məhdudiyyətlərin müəyyən edilməsini, 7 milyard avroluq məhsulların idxalı və ixracına yeni qadağaları nəzərdə tutur. Eyni zamanda, müharibədə iştirak edən, işğal olunmuş ərazilərdə qondarma referendum keçirən və təbliğat aparan 35 yeni şəxs və şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər