İranda həbs olunan etirazçılar əfv olundu

İranda həbs olunan etirazçılar əfv olundu İran hakimiyyəti ölkədə etirazçılar da daxil olmaqla, on minlərlə məhbusu əfv edib.
Əfv İslam İnqilabının qələbəsinin 44-cü ildönümü və Rəcəb ayının şərəfinə həyata keçirilib.
Əfv təklifilə məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni-Ejei çıxış edib.
Qeyd olunur ki, əcnəbilərin xeyrinə casusluqda ittiham olunanlar, eləcə də qətl törədənlər və ya ictimai binaların dağıdılması və yandırılmasında iştirak edənlər amnistiyaya düşməyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər