İranda vətənə xəyanətdə ittiham olunan şəxs edam edilib

İranda vətənə xəyanətdə ittiham olunan şəxs edam edilib Xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilən Mahmud Musəvi iyulun 20-də Tehranda edam edilib.
İranın məhkəmə hakimiyyətinin mətbuat katibi Qulamhüseyin İslami açıqlamasında Mahmud Musəvinin İranın silahlı qüvvələri və İslam İnqilabının Keşikçiləri Korpusunun hərbi birləşmələri haqqında məlumatlar əldə edərək bəzi xarici dövlətlərin xüsusi xidmət orqanlarına ötürdüyünü bildirib. O deyib ki, vətənə xəyanətdə ittiham olunan M.Musəvinin törətdiyi cinayət həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı tam sübuta yetirilib. Məhkəmə onun barəsində ölüm hökmü çıxarıb. Hökm bu gün səhər saatlarında Tehranda yerinə yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər