Makron Britaniyanın İrana qarşı sanksiyasına dəstək verdi

Makron Britaniyanın İrana qarşı sanksiyasına dəstək verdi Fransa Prezidenti Emmanuel Makron İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam edilməsinə qarşı Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaya dəstək verib.
E. Makron bu barədə "Tvitter" hesabında yazıb:
“Əlirza Əkbərinin edam edilməsi insanlığa sığmayan və qəddar addımdır. Onun adı İranda repressiya və edam qurbanlarının uzun siyahısına əlavə edilib. İran xalqı ilə həmrəy olmaq üçün Britaniyanın yanındayıq”.
Xatırladaq ki, İranda məhkəmə 1997-2005-ci illərdə ölkənin müdafiə naziri Əli Şəmxaninin keçmiş müavini Ə. Əkbəri barəsində ölüm hökmü çıxarıb. O, Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq edam edilib.

Tehsil-press.az

Oxşar xəbərlər