Borrel: Ukraynanın bərpası üçün onilliklər lazımdır

Borrel: Ukraynanın bərpası üçün onilliklər lazımdır Ukraynanın hərbi münaqişədən sonra bərpası və minalardan təmizlənməsi onilliklər çəkəcək.
Bu barədə Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə dezinformasiya ilə mübarizə üzrə konfransda çıxış edərkən bildirib.
"Ukraynanın bərpası və torpaqlarının və su sahələrinin Minalardan Təmizlənməsi onilliklər çəkəcək",- deyə Borrell qeyd edib.
Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, Ukraynanın bərpa olunması üçün 650-700 milyard avro lazımdır. Bunun böyük hissəsinin Aİ tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Qərb ölkələri həmçinin Rusiyanın dünya banklarındakı dondurulmuş maliyyə vəsaitlərindən də Ukraynanın bərpasında istifadə edilə biləcəyini vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər