UFAZ: “Gələcək üçün kodlaşdır” hakatonunun qeydiyyatına başlanılıb

UFAZ: “Gələcək üçün kodlaşdır” hakatonunun qeydiyyatına başlanılıb “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə həyata keçirilən “Gələcək üçün kodlaşdır” hakatonunun qeydiyyatına başlanılıb.
Yarışma kommunikasiya, innovasiyalar və texnologiyalar sahələrini əhatə edir və kompüter elmləri sahəsində təhsil alan bütün tələbələr üçün açıqdır. Bu sahədə bacarıqlarını nümayiş etdirmək istəyən tələbələr 3 nəfərdən (gender balanslı) ibarət komanda formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/#about platformasında fevral ayının 20-dək təsdiq etməlidirlər.
İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final mərhələsində yarışmaq imkanı qazanacaq. Yüksək analitik düşünmə və təhliletmə qabiliyyətinə malik gənclər proqramlaşdırma tapşırıqlarının üzərində 48 saat çalışacaq. Yarışma boyu iştirakçıları mentorlar müşayiət edərək öz dəyərli məsləhətlərini onlar ilə bölüşəcəklər. Ən innovativ həlləri ərsəyə gətirən üç komanda müvafiq mükafatlarla təltif olunacaq.
Tələbələr hakatonun ümumi qaydaları, qiymətləndirmə meyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az/ saytında tanış ola, bütün suallarını [email protected] ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər