UFAZ abituriyentlər üçün məlumat sessiyası təşkil edib

UFAZ abituriyentlər üçün məlumat sessiyası təşkil edib Bakı Fransız Liseyi və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Qonaqlar əvvəlcə universitetin əsas korpusu ilə tanış olub və məlumat sessiyasında iştirak ediblər. Burada onlara UFAZ-a qəbul qaydaları və şərtləri, qeydiyyat prosedurları və universitetdəki tədris imkanları barədə məlumat verilib.
Sonra şagirdlər UFAZ-ın elmi laboratoriyalarına baş çəkiblər. Onlar kimya, fizika, geofizika, kompüter elmləri üzrə fərqli laboratoriyalarda tədris şəraiti ilə əyani tanış olaraq, yerli və Fransadan olan müəllimlərin hazırladıqları müxtəlif təcrübələrdə iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər