Azərbaycan-Fransız Universitetində (UFAZ) noyabrın 18-dən 19-dək keçiriləcək beynəlxalq “ActInSpace” müsabiqəsinin ilk tanışlıq görüşü olub.
Tədbirdə müsabiqənin təşkilatçıları, ekspert, həmçinin hakatonda yarışacaq komandalar iştirak ediblər. Komandalara hakaton barədə məlumat verilib, daha sonra videotəqdimat nümayiş olunub. “ActInSpace Azərbaycan”ın ekspertlərindən biri, UFAZ-ın kompüter elmləri üzrə professoru Samer El Zant startap layihələrinin mahiyyəti və mənası, hakatonda mentorların rolu haqqında təqdimatla çıxış edib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, UFAZ noyabrın 18-dən 19-dək üçüncü dəfə “ActInSpace” beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək. Artıq müxtəlif universitetlərdən 150-dən artıq tələbə və 32 komanda yarışmada iştirak etmək üçün qeydiyyatdan keçib. Qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Tehsil-press.az