"Ac qalmayım, kiməsə əl açmayım və ətrafımda olan insanlara “yox” deməyim deyə pulumun olmasını istəyirəm"

“Mən bir insanı ya istəyirəm, ya da istəmirəm. Mənə zorla heç nə qəbul etdirmək olmaz. Nə qədər ki, səhnədəyəm, nəfəsim gedib-gəlir, şükür Allaha. Amma elə bir hal da baş verə bilər ki, oxumaqdan bu gün gedə bilərəm. Ürəyimin başında elə insanlar var ki, onların adı yazılıb. Allaha hər zaman yalvarıram ki, məni şərdən, böhtandan hifs et, necəyəmsə o cür də insanları qarşıma çıxart. Halbuki təsadüf hallarda qarşıma yaxşı insanlar çıxır”.
Bunu tanınmış müğənni, əməkdar artist Mətanət Əsədova deyib.
Müğənni qazandığı pulu ən çox xərclədiyi yerləri də açıqlayıb.
Mən varlı, imkanlı bir kişinin qızı olmuşam. Amma bu gün hamıdan kasıb, hamıdan da dövlətliyəm. Çünki Allah mənə pak, təmiz ürək verib. Pula nifrət edirəm. Ac qalmayım, kiməsə əl açmayım və ətrafımda olan insanlara “yox” deməyim deyə pulumun olmasını istəyirəm. Pulu ən çox geyimə, parfümə xərcləyirəm. Mənə milyonları verib, canımı xəstə salacaqsansa, mən də kənardan durub pula baxacağamsa, o pulu istəmirəm. Çünki bir dəfə səsim batdı, o biri dünyanı görüb gəldim” deyə müğənni bildirib.
Mətanət Əsədova bir müddət televiziyalardan uzaq durduğunu da açıqlayıb.
“Televiziyalardan bir az uzaq durmuşdum. Ara-sıra, sevib bəyəndiyim, seçdiyim aparıcıların verilişlərinə gedirəm. Aparıcının apardığı veriliş onun evi sayılır. Evinə gələn hər bir qonağı necə qarşılayırsa, efirinə gələn aparıcını da elə qarşılamalıdır. Elə aparıcı var ki, musiqidən bixəbərdir, kənardır. Adı var ki, aparıcıdır. O müğənnini elə bəh-bəhlə tərifləyir ki! Müğənni var ki, heç oxuya bilmir, onu danışdırmaq olar. Amma oxuya bilən müğənnini oxutdurmurlar. O vaxt ümumumiyyətlə müğənnilər efirlərə danışmağa yox, oxumağa gəliblər. Yaxşı olardı ki, buna bütün aparıcılar əməl etsinlər” deyə müğənni bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər