AMEA-nın Ümumi yığıncağı martın 16-da keçiriləcək

AMEA-nın Ümumi yığıncağı martın 16-da keçiriləcək AMEA Rəyasət Heyətinin iclasında akademiyanın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib. Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün AMEA-nın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda “AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr” mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr”, “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış”, “AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti”, “AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri” mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.
Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 2023-cü il martın 16-da keçiriləcək Ümumi yığıncağının gündəliyi təsdiqlənib.

Tehsil-press.az


Oxşar xəbərlər