Qafqazşünaslıq İnstitutunun elmi şurasının iclası keçirilib.
Elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib, qarşıdakı dövrdə görüləcək işlər haqqında danışıb. Sonra 2020-ci il üçün elmi tədqiqat işlərinin planı müzakirə olunub. “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında AMEA Ümumi yığıncağının 2019-cu il 28 dekabr tarixli qərarı ilə, İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 2020-ci il 5 fevral tarixli qərarı ilə iştirakçılar məlumatlandırılıb.
Tədbirdə Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Şəlalə Məmmədovanın müəllifi olduğu “Cənubi Qafqaz XIX əsrin 20-30-cu illərində (Azərbaycan məsələləri)” əsəri çapa tövsiyə edilib. Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçiləri - tarix elmləri doktoru Qasım Hacıyev və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevdır.
İclasda bir sıra cari məsələlər də müzakirə edilib.
Tehsil-press.az