İsveçdəki Azərbaycanlı Tələbələr və Məzunlar Şəbəkəsi fəaliyyətini genişləndirir

İsveçdəki Azərbaycanlı Tələbələr və Məzunlar Şəbəkəsi fəaliyyətini genişləndirir İsveçdəki Azərbaycanlı Tələbələr və Məzunlar Şəbəkəsi fəaliyyətini genişləndirir.
Şəbəkənin növbəti görüşü İsveçin cənubunda yerləşən Lund şəhərində keçirilib. İsveçdəki azərbaycanlı tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə keçirilən "İsveçdə üzvlərin II sosial yığıncağı" adlı tədbirdə Şəbəkənin fəaliyyət istiqamətləri təhlil olunaraq yeni qərarlar qəbul edilib. Tədbirdə, həmçinin İsveç-Azərbaycan mədəniyyəti, tarixi və humanitar əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müxtəlif müzakirələr təşkil olunub.
Tədbirdə çıxış edən ölkəmizin İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycanla İsveç arasındaki tarixi əlaqələrdən danışıb. Ölkələr arasında bu gün siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin dinamik inkişafını diqqətə çatdıran Zaur Əhmədov bu əlaqələrin daha da mömkəmləndirilməsi üçün İsveçdə təhsil alan gənclərimizin müxtəlif sahələrdə fəaliyyətlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Fikir mübadiləsi formatında davam edən görüşdə yeni layihələrin həyata keçirilməsi barədə qərar verilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində və səfirliyin maliyyə dəstəyi ilə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər