“Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” mövzusunda onlayn konfrans keçirilib

“Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” mövzusunda onlayn konfrans keçirilib “Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Hikmət Zeynallı məzun cəmiyyətinin və şəbəkələnmənin iki ölkə arasında vacib olduğunu və gələcəkdə məzunlarla Azərbaycan-Çin əlaqələrinin inkişafına dəstək olacaqlarını diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Qo Min konfransda çıxışı zamanı iki ölkə arasında inkişaf edən diplomatik münasibətlərin vacibliyini nəzərə çatdırıb. Xanım səfir iki ölkənin liderləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı diplomatik əlaqələrdə məzunların rolunun vacibliyini diqqətə çatdırıb. Həmçinin əlaqələrdə xüsusi yer tutan Çinin “Bir kəmər, bir yol” layihəsinə əsas dəstək verən ölkələrdən birinin məhz Azərbaycan olduğunu vurğulayıb.
Sonra Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov çıxış edib. O, iki ölkə arasındakı təhsil əlaqələrindən və tələbə mübadiləsindən danışıb, bu münasibətlərin dinamik inkişafına diqqət çəkib.
Çində təhsil alan məzunlardan - Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev də konfrans iştirakçıları ilə fikirlərini bölüşüb, diplomatik əlaqələrdə məzunların rolundan danışıblar.
Tədbirdə Çində təhsil almış və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər, çinli tələbələr, habelə dövlət və özəl sektorda təmsil olunan məzunlar iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər