Xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə edib.
Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Öz növbəsində indoneziyalı diplomat iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərdən razılığını ifadə edərək, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.
Qarşı tərəf İndoneziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu əsasda həll olunmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, həmçinin Azərbaycan və İndoneziya arasında mədəniyyət, təhsil, ticarət, iqtisadiyyat və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan-İndoneziya siyasi planlaşdırma dialoqu keçirilib. Dialoq zamanı Azərbaycan və İndoneziyanın xarici siyasət prioritetləri, iki ölkə arasında əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, həmçinin siyasi planlaşdırma və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdən keçirilib.
Tehsil-press.az