İzmir zəlzələsində ölənlərin sayı 115-ə çatıb

İzmir zəlzələsində ölənlərin sayı 115-ə çatıb İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 115-ə çatıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumatda qeyd edilir ki, yeraltı təkanlar zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən vətəndaşlardan biri həyatını itirib. Hadisə zamanı yaralanan minə yaxın vətəndaşdan 26-nın müalicəsi davam etdirilir.
Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində yerli vaxtla saat 14.51-də 6,6 bal gücündə zəlzələ baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər