İtaliya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 59-a çatıb

İtaliya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 59-a çatıb İtaliyanın Kalabriya regionu sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 59-a çatıb.
Qayıqdakı miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib. Bu vaxtadək xilas edilən 81 nəfər sığınacaqlara yerləşdirilib, onlardan 21-i xəstəxanada müalicə alır. Sudan 12-si uşaq və 33-ü qadın olmaqla, ümumilikdə 59 nəfərin cəsəd çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları bütün sahil zonası boyunca davam edir.
İtaliya Prezidenti Sercio Mattarella Krotone sahillərində gəminin qəzaya uğraması və çoxlu sayda insanın həlak olmasından kədərləndiyini bildirib, beynəlxalq ictimaiyyəti miqrant problemi ilə bağlı öhdəlik götürməyə çağırıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Kalabriya sahillərində baş vermiş dəhşətli gəmi qəzasından kədərləndiyini, günahsız insanların ölməsinin faciə olduğunu qeyd edib. Bildirib ki, hər birimiz Aralıq dənizində miqrasiya problemi ilə bağlı səylərimizi ikiqat artırmalıyıq.

Tehsil-press.az

Oxşar xəbərlər