Yüzlərlə insanın məzarına çevrilən bina ilə bağlı belə vəd veribmişlər - Video

Yüzlərlə insanın məzarına çevrilən bina ilə bağlı belə vəd veribmişlər - Video Hatayın Antakya rayonunda yüzlərlə insanın məzarına çevrilən “Rönesans Residence”nin təqdimat videosu üzə çıxıb.
Həmin görüntülərdə şirkətin meneceri Yalçın Coşkun binanın təhlükəsizlik qaydalarına cavab verdiyini xüsusi qeyd edib. Lakin 2013-cü ildə inşa edilən və “Səmadan bir guşə” şüarı ilə satılan 12 mərtəbəli, 249 mənzildən ibarət bina yüzlərlə insanın məzarına çevrilib.
Hər bir detalının incəliklə işlənildiyi deyilən “Rönesans Residence”dən geriyə sadəcə dağıntılar qalıb.
Qeyd edək ki, “Hatayspor” klubunun idman direktoru Taner Savut, “Hatayspor”un futbolçusu Kristian Atsu, milli həndbolçu Camal Kütahya və 5 yaşlı oğlu da sözügedən binada zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olublar.
Şirkətin podratçısı Mehmet Yaşar Coşkun fevralın 10-u İstanbul Hava Limanından Monteneqroya qaçarkən saxlanılıb.



Tehsil-press.az

Oxşar xəbərlər