Ukraynada 9 mərtəbəli binada partlayışda 3 nəfər öldü - Video

Ukraynada 9 mərtəbəli binada partlayışda 3 nəfər öldü - Video Kiyevdə 9 mərtəbəli binada baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.
İlkin məlumata görə, binanın 4 və 7-ci mərtəbələri arasında baş verən partlayışa qaz sızması səbəb olub.
Hadisə yerinə gələn Kiyev şəhərinin meri Vitali Kliçko daha 3 nəfərin dağıntılar altında qaldığını, xilasetmə işlərinin davam etdiyini bildirib. O qeyd edib ki, bina sakinləri müvəqqəti olaraq məktəb yataqxanasına yerləşdiriləcək.



Tehsil-press.az

Oxşar xəbərlər