Əli Əliyev yenidən məhkəmə qarşısında

Əli Əliyev yenidən məhkəmə qarşısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki hökmdən kassasiya şikayəti verib.
Ali Məhkəməyə müraciət edən partiya sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.
Qeyd: VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.

Tehsil-press.az


Oxşar xəbərlər